Kontentə keç

«Yasa» siklonunun və onun dağıntı törətdiyi Fici adalarının peykdən görüntüsü

7 YANVAR 2021
FİCİ

Ficidə güclü «Yasa» siklonu baş verib

Ficidə güclü «Yasa» siklonu baş verib

Məkan

Fici

Təbii fəlakət

  • Cümə axşamı, 17 dekabr 2020-ci il tarixində beşinci kateqoriyaya aid edilən güclü «Yasa» tropik siklonu Ficinin ikinci ən böyük adası olan Vanua-Levu adasının sahillərinə çatıb.

  • «Yasa» siklonu Ficidə qeydə alınan ikinci ən şiddətli siklondur. Məlumata görə, küləyin sürəti saatda 260 kilometrə çatırdı.

  • Təbii fəlakət zonasında ən azı 30 yığıncaq və ucqar qrup var.

Bacı-qardaşlara təsiri

  • Bacı-qardaşlar arasında xəsarət alan yoxdur

  • İlkin məlumata əsasən, 20 ailə təxliyə olunub

  • Siklon əkin sahələrinə böyük ziyan vurub, həmin ərazidə yaşayan 430 təbliğçinin əsas qida mənbəyi məhv edilib

Əmlaka dəyən ziyan

  • 10 ev dağılıb

  • 25 evə ziyan dəyib

  • 1 ibadət evinə cüzi ziyan dəyib

Yardım işləri

  • Fici filialı üç Zərərçəkənlərə yardım komitəsi təyin edib. Bu komitələr zərərçəkmiş təbliğçiləri içməli su, paltar, ərzaq və brezent (su keçirməyən parça) kimi ilkin tələbat malları ilə təmin edib. Bundan əlavə, komitələr evsiz qalanlara müvəqqəti təhlükəsiz sığınacaq tapmağa kömək edib.

  • Fici filialının nümayəndələri və həmin ərazidə xidmət edən rayon nəzarətçiləri zərərçəkən bacı-qardaşlara baş çəkir.

  • Yardım işlərində iştirak edən və bacı-qardaşlara baş çəkənlərin hamısı COVID-19 ilə bağlı bütün təhlükəsizlik tələblərinə əməl edir.

Şiddətli qasırğa nəticəsində bacı-qardaşlar çox şeylərini itirsə də, onlar Zəbur 46:1 ayəsində yazılan sözlərin gerçəkliyini görürlər: «Allah... pənahımızdır».