22 İYUN 2021
FİLİPPİN
Bikol dilində «Yeni Dünya Tərcüməsi» buraxılıb
20 iyun 2021-ci il tarixində Bikol dilində elektron formatda «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» buraxıldı. Filippin filialının komitə üzvü Denton Hopkinson tərcümənin buraxılışı barədə xüsusi görüş zamanı elan etdi. Proqram 97 yığıncağa yayımlanmışdı.
Layihə ilə bağlı vacib faktlar
Bikol dilində 5,8 milyon insan danışır. Onlar, əsas etibarilə, Filippinin beş əyalətində yaşayır: Albay, Şimali Kamarines, Cənubi Kamarines, Katanduanes və Sorsoqon.
Bikol dili daşıyıcılarının sayına görə Filippində beşinci yerdədir.
Bikoldilli yığıncaqlarda 5800-dən çox təbliğçi xidmət edir.
Tərcümənin üzərində 2 tərcümə qrupu 7,5 il işləyib.
Tərcümə qrupunun bir üzvü deyir: «Bikol dilinin çoxlu dialektləri var. Ona görə tərcüməni bu dildə danışan əksər insanlar başa düşsün deyə xeyli zəhmət çəkilib».
Başqa tərcüməçi isə deyir: «Biz əminik ki, indi insanlar dili aydın və müasir olan bu tərcüməni oxuyanda Müqəddəs Kitabı daha yaxşı başa düşəcək».
Filippində «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşri digər altı yerli dildə də var: sebuan, hiliqaynon, İlok, Panqasinan, taqal və varay.
Bikol dilində danışan bacı-qardaşlarımızın bu sevincinə şərikik. Biz əminik ki, Müqəddəs Kitabın bu tərcüməsi daha çox insanı Yehovaya həmdlər söyləməyə təşviq edəcək və əbədi həyata qovuşmağa kömək edəcək (Zəbur 22:26).