Kontentə keç

2 YANVAR 2020
FİLİPPİN

Filippində «Fanfon» tayfunu tüğyan edib

Filippində «Fanfon» tayfunu tüğyan edib

Filippində həmçinin «Ursula» kimi tanınan «Fanfon» tayfunu 24 dekabr 2019-cu il tarixində Şərqi Samar əyalətinin sahillərinə çatıb. Yehovanın Şahidləri arasında həlak olan və yaralananlar yoxdur. Bununla belə, dindaşlarımızın yaşadığı 464 evə və 6 ibadət evinə ziyan dəyib. Filippin filialı beş Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi təşkil edib. Komitələr tayfunun zərər vurduğu bir neçə adalar qrupunda yaşayan bacı-qardaşlara maddi və ruhani yardım göstərir.

«Fanfon» tayfunu 2019-cu ildə Filippində baş vermiş 21-ci siklondur. Bundan əlavə, bu yaxınlarda ölkənin cənubunda bir neçə zəlzələ olub. Hal-hazırda həmin ərazilərdə 18 Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi fəaliyyət göstərir.

Filippindəki bacı-qardaşlarımızın mehriban və mərhəmətli Allahımız Yehovadan ümidlərini üzmədən dözüm göstərmələri həqiqətən də tərifəlayiqdir (Yaqub 5:11).