Kontentə keç

12 NOYABR 2020
FİLİPPİN

Filippində iki tayfun ciddi dağıntılar törədib

Filippində iki tayfun ciddi dağıntılar törədib

Məkan

Cənubi Luson və ona yaxın adalar

Təbii fəlakət

  • 25 oktyabr 2020-ci il tarixində Filippində «Molave» tayfunu (Filippində «Kinta» adlandırılır) Lusonun Bikol vilayətinin Albay əyalətində çoxlu dağıntılar törədib. Sonra güclü qasırğa bütün Luson ərazisində tüğyan edib.

  • 1 noyabr 2020-ci il tarixində Filippində «Qoni» supertayfunu (Filippində «Rolli» adlandırılır) Lusonun Bikol vilayətinin başqa bir adasının — Katanduanes adasının sahillərinə çatıb. 5-ci kateqoriyaya aid edilən qasırğa, «Molave» tayfunundan zərər çəkmiş bəzi ərazilər də daxil olmaqla, böyük ərazidə çoxlu dağıntılar törədib.

  • Hər iki tayfun şiddətli leysan yağışları və güclü küləklə müşayiət olunub. Bu, daşqına, elektrik enerjisinin kəsilməsinə və su qıtlığına səbəb olub. Zərərçəkmiş ərazilərlə əlaqə hələ də olduqca qeyri-sabitdir.

  • Leysan yağışları ucbatından Mayon dağında əmələ gəlmiş laxar dağın ətrafındakı bir çox evləri basıb. Laxar vulkanik maddələrin yağış suyu ilə qarışması nəticəsində əmələ gələn palçıq axınıdır.

Bacı-qardaşlara təsiri

  • Yüzlərlə təbliğçi evlərini tərk edib və ya təxliyə olunub

  • 89 yaşlı bacı tamamilə dağılmış evindən təxliyə olunarkən cüzi xəsarət alıb

Əmlaka dəyən ziyan

  • 134 evə və 8 ibadət evinə cüzi ziyan dəyib

  • 75 evə və 8 ibadət evinə ciddi ziyan dəyib

  • 101 ev və 1 ibadət evi tamamilə dağılıb

Yardım işləri

  • Fəlakət zonasında rayon nəzarətçiləri və yerli ağsaqqallar altı Zərərçəkənlərə yardım komitəsi ilə əməkdaşlıq edir. Onlar bacı-qardaşları ərzaq, su, sığınacaqla təmin edir, lazım olan digər köməyi göstərir və təsəlli verirlər. Qardaşlarımız COVID-19 ilə bağlı bütün təhlükəsizlik tədbirlərinə əməl edirlər.

Bu dağıdıcı təbii fəlakətdən zərər çəkmiş bacı-qardaşlarımız üçün dua etməyə davam edəcəyik. Biz bilirik ki, bu çətin günlərdə Yehova hər zaman bacı-qardaşlar üçün «mərhəmətli Ata və hər cür təsəlli Allahı» olacaq (2 Korinflilərə 1:3).