Kontentə keç

5 AVQUST 2019
FİLİPPİN

Filippində iki zəlzələ olub

Filippində iki zəlzələ olub

27 iyul 2019-cu il tarixində Filippinin paytaxtı Maniladan 690 kilometr şimalda yerləşən kiçik İtbayat adasında 5,4 və 6,4 bal gücündə iki zəlzələ baş verib. 9 nəfər həlak olub, 64 nəfər yaralanıb, 266 ev uçub. Rəsmi məlumatlara görə, fəlakət 2968 nəfərə təsir edib.

Həlak olanlar arasında Yehovanın Şahidləri yoxdur. Bir bacımız cüzi xəsarət alıb. Qardaşlarımıza məxsus iki evə ciddi ziyan dəyib.

Filial komitəsinin təşkil etdiyi Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi fəlakət zonasında olan Yehovanın Şahidlərini, su və ərzaq da daxil olmaqla, zəruri şeylərlə təmin edir. Filial nümayəndələrinin adaya gəlişi gözlənilir. Onlar bacı-qardaşlara baş çəkəcək, onlara təsəlli verəcək və praktiki kömək göstərəcəklər.

Zəlzələlərin ziyan vurduğu bacı-qardaşlarımız üçün dua edirik. Biz bilirik ki, «hər cür təsəlli Allahı» olan Yehova qardaşlarımızın ehtiyaclarını təmin edəcək (2 Korinflilərə 1:3).