Kontentə keç

Solda: tayfunun dağıtdığı ibadət evi. Sağda: xəritədə tayfunun tüğyan etdiyi ərazi göstərilib

28 MAY 2020
FİLİPPİN

Filippində tayfunlar mövsümü dağıdıcı «Vonfon» tayfunu ilə başlayıb

Filippində tayfunlar mövsümü dağıdıcı «Vonfon» tayfunu ilə başlayıb

Həmçinin «Ambo» kimi tanınan «Vonfon» tayfunu 2020-ci il mayın 14-ü Filippinin Samar adasının sahillərinə çatıb. Sakit okeanın qərb hissəsində 2020-ci ilin ilk tropik qasırğası olan bu tayfun 3-cü kateqoriyaya aid edilir. Samarda küləyin sürəti saatda 185 kilometrə çatırdı. Yüz minlərlə insan təxliyə edilib. Dövlətin pandemiyaya görə məsafə saxlamaq göstərişi təxliyə işlərini xeyli çətinləşdirib.

Bacı-qardaşlarımız arasında xəsarət alan yoxdur. Bununla belə, 59 nəfəri evlərindən təxliyə etmək lazım gəlib. Onlar sığınacaq kimi istifadə edilən məktəblərdə və dindaşlarının evlərində yerləşdirilib. Bundan əlavə, dindaşlarımızın yaşadığı 82 ev uçub və ya onlara ziyan dəyib. Həmçinin beş ibadət evinə ziyan dəyib və biri tamamilə dağılıb. Filippin filial komitəsi iki Zərərçəkənlərə yardım komitəsi təşkil edib. Komitələr zərər çəkmiş bacı-qardaşların fiziki və ruhani tələbatlarının qayğısına qalır.

Biz Filippində həm pandemiya, həm də tayfun ucbatından çətinlik çəkən bacı-qardaşlarımız üçün dua etməyə davam edəcəyik. Biz tam əminik ki, «əbədi [qayamız]» olan Yehova onları darda qoymayacaq (Əşiya 26:4).