Kontentə keç

Manila regionunun Taqiq şəhərində bacı-qardaşlarımızın yanğın nəticəsində məhv olmuş evləri

21 MAY 2019
FİLİPPİN

Filippində yanğınlar evləri məhv edib

Filippində yanğınlar evləri məhv edib

2019-cu ilin mart ayında Filippinin Samar adasında yerləşən Kalbayoq şəhərində 128 ev yanıb. Ondan əvvəlki ay yanğın Luson adasının Taqiq şəhərində baş vermişdi. Ümumilikdə, Yehovanın Şahidlərinə məxsus yeddi ev bu yanğınlar nəticəsində məhv edilib. Evlərindən məhrum olmuş bacı-qardaşlar hal-hazırda evlərinə zərər dəyməmiş digər Yehovanın Şahidləri ilə qalırlar.

Filial zərərçəkənləri ərzaq, su və paltarla təmin etmək üçün dərhal tədbir görməyə başlayıb. Yerli ağsaqqallar bu bacı-qardaşlara baş çəkib, onlara təsəlli verib və praktiki yardım göstəriblər. İki Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi Yerli layihə-inşaat şöbəsi ilə birgə bacı-qardaşlarımızın evlərini yenidən tikməyə hazırlaşır.

İnanırıq ki, Yehova yanğından zərər çəkmiş bacı-qardaşlarımız üçün sığınacaq olacaq (Zəbur 62:8).