Kontentə keç

Böyük ziyan dəymiş 195 evdən biri

18 NOYABR 2019
FİLİPPİN

Filippinin cənubunda silsilə zəlzələlər olub

Filippinin cənubunda silsilə zəlzələlər olub

16 oktyabr 2019-cu il tarixindən Filippinin cənubunda güclü silsilə zəlzələlər baş verib. 21 nəfər ölüb, 400-dən çox adam xəsarət alıb, 35000-dən çox adam evlərini tərk etməli olub. Ən azı üç zəlzələnin gücü 6 baldan yuxarı olub. Yeraltı təkanlar sonra da davam edib. Ölənlər arasında Yehovanın Şahidləri yoxdur, lakin bir bacımız yüngül xəsarət alıb.

Dörd ibadət evinə və bacı-qardaşlarımızın yaşadığı 195 evə böyük, 9 ibadət evinə və 351 evə isə cüzi ziyan dəyib. Bacı-qardaşlarımızın çoxu çadırlarda qalır, çünki evdə qalmaq təhlükəlidir.

Filippin filialı yardım işlərinə nəzarət edən iki Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi təşkil edib. Filial komitəsinin üç üzvü də daxil olmaqla, filialın altı nümayəndəsi ruhani təsəlli vermək üçün fəlakət zonasına baş çəkib.

Biz dua edirik ki, Yehova bu təbii fəlakətdən zərər çəkmiş bacı-qardaşlarımıza dəstək olmağa davam etsin (Zəbur 70:5).