Kontentə keç

Noru qasırğası Filippini cənginə aldı

6 OKTYABR 2022
FİLİPPİN

Noru qasırğası Filippini cənginə aldı

Noru qasırğası Filippini cənginə aldı

25 sentyabr 2022-ci ildə Filippində Kardinq kimi tanınan Noru qasırğası ölkənin Keson əyalətindəki Polillo adalarını cənginə aldı. Qasırğa daha sonra Aurora vilayətini vurdu. Fırtınanın surəti saatda 195 kilometrə, küləyin surəti isə saatda 240 kilometrə çatırdı. Noru qasırğası evlərə və infrastruktura böyük zərər vurdu, habelə güclü daşqına səbəb oldu.

Bacı-qardaşlara təsiri

  • Bacı-qardaşlar arasında ölən yoxdur.

  • 180 ailə təxliyə olunub.

  • 209 evə cüzi ziyan dəyib.

  • 20 evə ciddi ziyan dəyib.

  • 22 ev dağılıb.

  • 7 ibadət evinə cüzi ziyan dəyib.

  • 1 ibadət evinə ciddi ziyan dəyib.

Yardım işləri

  • 2 Zərərçəkənlərə yardım komitəsi təyin olunub.

  • Ağsaqqallar zərərçəkənləri ziyarət edirlər və onlara praktiki yardım göstərirlər.

  • Bütün yardım işləri COVİD-19 ilə bağlı təhlükəsizlik qaydalarına uyğun görülür.

Qasırğadan zərər çəkən dindaşlarımız üçün dua edirik ki, bundan sonra da Yehovaya sığınmağa davam etsinlər (Zəbur 57:1).