Kontentə keç

«Gözətçi qülləsi» jurnalının taqal dilində müxtəlif illərdə çıxan nüsxələri

30 AVQUST 2022
FİLİPPİN

Taqal dilində çıxan «Gözətçi qülləsi»nin 75 illiyi

Taqal dilində çıxan «Gözətçi qülləsi»nin 75 illiyi

1 sentyabr 2022-ci il tarixində taqal dilində çıxan «Gözətçi qülləsi» jurnalının 75 ili tamam oldu. Jurnal əvvəllər mimeoqrafiyada çap olunurdu və hər sayının təxminən 600 nüsxəsi dərc olunurdu. Sonra isə jurnal çap maşınında dərc olunmağa başladı və nüsxələrin sayı 1,2 milyona çatdı. Hal-hazırda jurnalı jw.org veb-saytından elektron formatda da əldə etmək mümkündür.

Xoş müjdə Filippinə ilk dəfə 1908-ci ildə çatıb. 1924-cü ildə orada filial təsis olundu və təbliğ işi daha mütəşəkkil şəkildə həyata keçirildi. Əsasən ingilis dilində olan nəşrlərdən istifadə olunurdu, amma qardaşlar görürdülər ki, nəşrlərin taqal dilinə tərcümə olunmasına böyük ehtiyac var.

İkinci Dünya müharibəsindən sonra, Gilad məktəbinin məzunları, Erl Stüart, Viktor Vayt, Lorenso Alpiçe 14 iyun 1947-ci ildə Filippinə gəldilər. Yeni filial xidmətçisi təyin olunmuş Stüart qardaş tez bir zamanda «Gözətçi qülləsi» jurnalının taqal dilinə tərcümə olunması üçün bacarıqlı qardaşlar təyin etdi. Həmin ilin sentyabr ayından etibarən taqal dilində «Gözətçi qülləsi» jurnalı ayda iki dəfə çıxmağa başladı.

İlk taqal tərcüməçilərindən olan İlarion Amores

İlk tərcüməçilərin çoxu ailələrinin qayğısına qalmaq üçün gündüzlər işləyirdilər, amma bununla yanaşı onlar işdən sonra gecə yarısına kimi tərcümə işi ilə məşğul olurdular. Bu tərcüməçilərdən biri olan İlarion Amores deyir: «Elə olurdu ki, gecə saat 2-ə qədər işləyirdik. Amma işimizdən sevinc duyurduq, çünki bacı-qardaşların ruhani cəhətdən qeydinə qalmaq üçün çalışırdıq».

Hazırda Filippində taqal dilində 1126 yığıncaq və bu dildə danışan 97 443 təbliğçi var. Ölkədə təxminən 76,5 milyon taqaldilli əhali yaşayır. Bütün dünyada isə taqal dilində danışan 115 000-dən çox təbliğçi var. Taqal dilindəki nəşrlər bir çox ölkələrə çatdırılır. Bu nəşrləri həm təbliğçilər, həm də maraqlanan insanlar oxuyur.

Yehovaya çox minnətdarıq ki, təşkilatı vasitəsilə bütün dünyada milyonlarla insanı öz ana dilində ruhani qida ilə təmin edir (Mətta 24:45, 46).