13 DEKABR 2019
FİLİPPİN
Tayfun Filippinin müəyyən hissələrini viran qoyub
Filippində həmçinin «Tisoy» kimi tanınan «Kammuri» tayfunu 2 dekabr 2019-cu il tarixində Luson adasının cənubunda yerləşən Bikol vilayətinə çatıb. Yehovanın Şahidləri arasında ölən və xəsarət alan yoxdur. Bununla belə, qardaşlarımızın yaşadığı 108 evə böyük, 478 evə isə kiçik ziyan dəyib. Bundan əlavə, 15 ibadət evinə ziyan dəyib.
Tayfunun zərər vurduğu ərazi böyük olduğundan Filippin filialı səkkiz Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi təşkil edib. Komitələr qardaşlara ruhani və maddi yardım göstərir.
Biz Filippindəki bacı-qardaşlarımız üçün məzmurçu kimi dua edirik: «Qoy dar günündə Yehova sənə hay versin... Müqəddəs məkandan köməyini göndərsin» (Zəbur 20:1, 2).