Kontentə keç

Qasırğa dindaşlarımıza məxsus üç evə ciddi ziyan vurub; şəkildə ikisi göstərilib

22 YANVAR 2019
FİLİPPİN

Tropik qasırğa Filippinin şərqində torpaq sürüşmələri və daşqına səbəb olub

Tropik qasırğa Filippinin şərqində torpaq sürüşmələri və daşqına səbəb olub

29 dekabr 2018-ci il tarixində «Usman» tropik qasırğası Filippinin üçüncü ən böyük adası olan Samar adasını öz ağuşuna alıb. Şiddətli leysan yağışları torpaq sürüşmələrinə və daşqına səbəb olub. Nəticədə, ən azı 25 nəfər həlak olub, 42 nəfər isə xəsarət alıb. 22835 evə zərər dəyib.

Filippin filialının verdiyi məlumata görə, qasırğa nəticəsində dindaşlarımız arasında ölən və ya yaralanan olmayıb. Bununla belə, onlara məxsus olan üç ev uçub, dörd ev isə qismən dağılıb. Bundan əlavə, bir ibadət evinə zərər dəyib. Filialın rəhbərliyi altında Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi zərərçəkmiş ailələrə humanitar yardım göstərib və onları müvəqqəti yaşayış yerləri ilə təmin edib.

Biz əminin ki, qasırğadan əziyyət çəkən bacı-qardaşlarımız Yehovaya güvənməyə davam edəcək və Yehovanın onları güclü və mətin edəcəyinə əminliklərini qoruyub saxlayacaq (1 Butrus 5:10).