Kontentə keç

23 NOYABR 2020
FİLİPPİN

«Vamko» — Filippində növbəti tayfun

«Vamko» — Filippində növbəti tayfun

Məkan

Luson

Təbii fəlakət

  • 11 noyabr 2020-ci il tarixində «Vamko» tayfunu (Filippində «Ulisis» kimi tanınır) əvvəlcə Keson əyalətinin Patnanonqan adasını, sonra isə Luson adasının böyük ərazisini viran qoydu.

  • «Vamko» tayfunu bu il Filippində baş verən 21-ci tayfundur. Bu tropik siklon Filippində ən böyük daşqına səbəb olub.

  • Bu tayfundan təxminən iki həftə əvvəl Filippində 2013-cü ildən bu yana ən güclü tayfunlardan biri sayılan və Lusonun bəzi ərazilərini viran qoyan supertayfun «Qoni» baş vermişdi.

  • Şiddətli yağışlar və fırtına ucbatından iri su anbarlarında suyun səviyyəsi təhlükəli həddə çatmışdı. Hakimiyyət nümayəndələri anbarlarda suyu buraxmalı oldu. Nəticədə «Vamko» tayfununun zərər vurmadığı əraziləri də su basdı.

Bacı-qardaşlara təsiri

  • 600-dən çox ailə evlərini tərk etməli oldu. Bəzi ailələr daşqından qorunmaq üçün evlərinin damına çıxıb orada təxliyə olunmalarını gözləyirdi.

  • Şüşə parçaları bir gənc qardaşın üzünü zədələyib. O artıq sağalmaq üzrədir.

Əmlaka dəyən ziyan

İlkin məlumatlara əsasən:

  • Ən azı 6 ibadət evini və 1 tərcümə ofisini su basıb

  • Ən azı 20 evə ziyan dəyib

  • 1 ev tamamilə dağılıb

Yardım işləri

  • Rayon nəzarətçiləri və yerli ağsaqqallar zərərçəkənləri tez bir zamanda ərzaq, içməli su və sığınacaqla təmin etdilər.

  • Bəzi ailələr artıq öz evlərinə qayıdıb və təmizlik işlərinə başlayıb.

  • Yardım işlərinə yeni təyin olunmuş 3 Zərərçəkənlərə yardım komitəsi nəzarət edir.

  • Yardım işlərində iştirak edən dindaşlarımız COVID-19 ilə bağlı bütün təhlükəsizlik tədbirlərinə diqqətlə əməl edirlər.

Biz əminik ki, Yehova bu çətin günlərdə bacı-qardaşlarımızın mütləq qeydinə qalacaq. Tezliklə təbii fəlakətlər olmayacaq və Yehovanın xalqı rahat və arxayın yaşayacaq. Bu vaxtı səbirsizliklə gözləyirik (Zəbur 4:8).