3 APREL 2019
FİLİPPİN
Yehovanın Şahidləri Filippində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»ni üç dildə buraxıblar
2019-cu ilin yanvar ayı ərzində keçirilmiş xüsusi görüşlərdə Rəhbərlik Şurasının üzvü Mark Sanderson Müqəddəs Kitabın sebuan, taqaloq və varay dillərində buraxılışını elan edib. Sebuan dilində nəşrin buraxılışı yanvarın 12-si Lapu-Lapu şəhərində yerləşən «Hups Dom» arenasında keçirilən görüşdə elan olunmuşdu. Növbəti gün Leyte vilayətinin Palo şəhərində yerləşən Leyte Akademik Mərkəzində varay dilində nəşr iştirakçılara paylanmışdı. Yanvarın 20-si isə Keson-Siti şəhərindəki Metro Manila Toplantı zalında keçirilən görüşdə nəşrin taqaloq dilində buraxılışı elan olunmuşdu.
Görüşlərin proqramı yüzlərlə ibadət evlərinə yayımlanmış və «Yeni Dünya Tərcüməsi»nin 163000-dən çox nüsxəsi paylanmışdır.
Filippin filialından Din Ceysek deyir: «Sebuan və taqaloq dillərində çıxmış Müqəddəs Kitab “Yeni Dünya Tərcüməsi“nin yenidən baxılmış nəşridir. Hər nəşrin üzərində iş üç ildən çox çəkib. Varay dilində isə əvvəllər yalnız “Yunanca Müqəddəs Yazılar“ mövcud idi. Beləliklə, ilk dəfədir ki, oxucuların “Yeni Dünya Tərcüməsi“nin tam nəşrini oxumaq imkanı var. Layihəni tamamlamaq üçün beş ildən çox vaxt lazım olub».
Filippində əhalinin altmış faizdən çoxu sebuan, taqaloq və varay dillərində danışır. Bu saya 160000-ə yaxın bacı-qardaş və 197000-dən çox Müqəddəs Kitabı öyrənən insanlar daxildir. Üstəlik, bu dillərdə çıxan Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»ndən Filippindən kənarda yaşayan on minlərlə filippinli də bəhrələnəcək.
ABŞ-da taqaloq dilində keçirilən yığıncaqlarda iştirak edən Donika Hansoy bacı Müqəddəs Kitabın yeni nəşrini yüklədikdən sonra demişdi: «Taqaloq dilindəki yeni nəşr çox sadə və aydın yazılıb, onu başa düşmək daha asandır. Bu nəşrdə sadə söz seçimi sayəsində elə hiss yaranır ki, sanki Yehova bizimlə daha yaxından ünsiyyət edir, bu isə Müqəddəs Kitabdakı məlumatın ürəyimizə yol tapmasını asanlaşdırır».
Bu günə kimi Yehovanın Şahidləri «Yeni Dünya Tərcüməsi»ni tam və ya qismən 179 dildə nəşr edib. Kəlamının aydın tərcüməsini bacı-qardaşlar və xoş xəbəri eşidən insanlar üçün əlçatan etdiyinə görə Yehovaya ürəkdən minnətdarıq (Həvarilərin işləri 13:48).