Kontentə keç

23 AVQUST 2017
FİLİPPİN

Filippində yanğın evləri külə döndərdi

Filippində yanğın evləri külə döndərdi

5 avqust 2017-ci il tarixində Mindanao adasında (Filippinin cənubu) yerləşən Davao əyalətinin Aqdao bölgəsində yanğın baş verdi.

Yehovanın Şahidləri arasında həyatını itirən olmasa da, yanğın 13 ailənin evini tamamilə yararsız hala salaraq 29 nəfəri evsiz-eşiksiz qoydu. Bu insanlara dindaşları öz evlərinin qapısını açdı. Yehovanın Şahidlərinin Maniladakı filialı bu insanların əsas tələbatlarını təmin etmək üçün təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsini təşkil etdi.

Baş idarədə yerləşən Yehovanın Şahidlərinin Rəhbərlik Şurası ümumdünya təbliğ işinə edilən ianələrin bir qismini təbii fəlakətdən zərərçəkənlərə yardım işinə sərf edir.

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000

Filippin: Din Ceysek, tel.: +63 2 224 4444