Kontentə keç

24 NOYABR 2017
FİNLANDİYA

Yehovanın Şahidləri Finlandiyanın Turku şəhərində ictimai təbliği bərpa edir

Yehovanın Şahidləri Finlandiyanın Turku şəhərində ictimai təbliği bərpa edir

HELSİNKİ. 18 avqust 2017-ci il tarixində Finlandiyanın Turku şəhərində ölümcül terror aktı baş verdi. Bundan cəmi bir neçə gün sonra şəhər rəsmiləri ticarət meydanında ictimai təbliğlərini icra edən Yehovanın Şahidlərini xoş qarşıladı.

Turku şəhərindəki ticarət meydanının nəzarətçisi Teemu Rissanen deyir: «Yehovanın Şahidləri uzun müddətdir ki, şəhərin meydanında və əsas hissələrində təbliğ etdiklərinə görə sakinlər onlara alışıb, onları görməyəndə narahatçılıq keçirərək soruşurlar: “Görəsən, onlar haradadır?” Şahidlər müsbət əhval-ruhiyyəyə malikdir, meydanda yaxşı ab-hava yaradırlar».

Finlandiyadakı filialın nümayəndəsi Veiko Laynonen deyir: «Şəhər rəsmilərinin belə münasibəti və Turku sakinlərinin səmimiyyəti bizi çox sevindirir. Rəsmilər təhlükəsizlik və sığınacaq üçün bizə bir kioskdan müvəqqəti istifadəyə izin veriblər. Biz Turku şəhərindəki insanlarla Müqəddəs Kitabın təsəlliverici xəbərini bölüşməyə davam etdiyimiz üçün çox şadıq».

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +18455243000

Finlandiya: Veiko Laynonen, tel.: +358400453020