18 AVQUST 2023
FRANSA
Fransanın Ruan şəhərində Beynəlxalq Gəmi Festivalında ictimai şahidlik
Fransanın Ruan şəhəri hər dörd ildən bir keçirilən beynəlxalq dəniz festivalı «Armada»ya ev sahibliyi edir. Bu festivala dünyanın dörd bir yanından hündür yelkənli gəmilər qatılır. Bu il 8—18 iyun tarixlərində keçirilən bu tədbirdə müxtəlif ölkələrdən olan təxminən altı milyon insan iştirak etmişdi. Yehovanın Şahidləri hər gün şəhərin 12 yerində ədəbiyyat arabaları quraşdırırdı. 600-dən çox bacı qardaş ictimai şahidlik işində iştirak etdi, onlar yüzlərlə insanla söhbət etdilər.
Təqaüdçü bir fotoqraf ədəbiyyat arabalarından birinə yaxınlaşaraq Yehovanın Şahidlərini tərifləmişdi. O bildirmişdi ki, hər dəfə onların necə mehriban, gülərüz olduqlarına şahid olur. Bu sözlərindən sonra onlar bu gün əksər insanların məhəbbət göstərməkdən necə uzaq olduğu barədə uzun söhbət etmişdilər. 2 Timutiyə 3:1—5 ayələrini oxuyub müzakirə etdikdən sonra o, «Əbədi xoşbəxt həyat!» broşürünü götürmüşdü. Daha sonra öz əlaqə nömrəsini saxlayaraq, Yehovanın Şahidləri ilə yenidən danışmağı səbirsizliklə gözləyəcəyini bildirmişdi.
Başqa vaxt isə bir gənc qadın ədəbiyyat arabasına yaxınlaşıb soruşmuşdu: «Əgər İsa ölüb və dirilibsə, nəyə görə bizim ölən əzizlərimiz hələ dirilməyib? Nənəmi və babamı itirmişəm, onları yenidən görmək istəyərdim». Cavabında bacımız ona «Gözüyaşlılara təsəlli» adlı videonu göstərmişdi. Söhbətin davamında o, bir broşür götürmüş və Müqəddəs Kitabı öyrənmək təklifini qəbul etmişdi.
Fransada başqalarına müjdəni çatdırmaq naminə könül xoşluğu ilə öz vaxtını və gücünü sərf edən bacı-qardaşlarımızla fəxr edirik (1 Korinflilərə 9:23).