Kontentə keç

Fransanın Normandiya vilayətində yerləşən Beytel filialı

30 MAY 2023
FRANSA

Normandiyada Fransa Beytelinin 50 illiyi

Normandiyada Fransa Beytelinin 50 illiyi

2023-cü ilin yanvar ayında Fransanın Normandiya bölgəsində yerləşən filial binalarının istifadəyə verilməsinin 50 ili tamam oldu. Amma bu binalar 1973-cü ilin yanvar ayından yox, altı ay sonra, 9 iyun tarixində həsr olunmuşdu.

Normandiyadakı bu binalar inşa edilməzdən əvvəl bizim bütün işlərimiz Paris şəhərinin yaxınlığındakı Bulon-Biyankur şəhərində təşkil olunurdu. Lakin ölkədə təbliğçilərin sayı durmadan artırdı və bu binalar artan tələbatları ödəmək üçün çox kiçik idilər. Üstəlik, nəşrlərimiz Birləşmiş Ştatlarda çap olunurdu və Bulon-Biyankur şəhərindən təxminən 200 kilometr aralıda yerləşən Le-Havre limanından keçərək Fransaya çatdırılırdı. Ona görə də qardaşlar vaxta, yola və xərclərə qənaət etmək məqsədilə əlavə Beytel binaları tikmək üçün bu iki şəhərin arasında münasib yer axtarmağa başladılar.

Nəhayət qardaşlar Paris və Le-Havredən təxminən 100 kilometr aralıda yerləşən Luvyenin kiçik vilayəti Normandiyada yaxşı bir torpaq sahəsi tapdılar. Tikinti 1972-ci ildə başladı və səkkiz ay davam etdi.

Bundan sonra təbliğçilərin sayı ilbəil artırdı. Artıma görə Normandiya filialını genişləndirmək lazım idi. Ona görə də yaxınlıqdakı ərazi satın alındı və əlavə Beytel binaları inşa olundu. 1996-cı ildə Bulon-Biyankur filialındakı qalan Beytel ailəsinin üzvləri də Normandiya filialına köçürüldü.

«Müqəddəs Kitab haqda nə fikirləşirsiniz?» adlı traktat Fransa filialında tərcümə olunan 24 dildən 20-də mövcuddur

Bu gün Fransa filialının nəzdində olan 13 ölkədə 162 000-dən çox təbliğçi xoş xəbəri müjdələyir. 1998-ci ildə Fransa filialı nəşrlərin çapını dayandırdı, amma qardaşlar Normandiyadakı bu binalarda müəyyən dəyişikliklər etdilər və indiyə kimi bu binalar təlim və təbliğ işini dəstəkləmək üçün istifadə olunur. Burada Müqəddəs Kitaba əsaslanan nəşrlər 24 dilə tərcümə olunur. Həmçinin filialda müxtəlif video-materiallar hazırlanır. Hal-hazırda filialda 400-dən çox bacı-qardaş xidmət edir.

Yehovanın Fransada təbliğ işini bu cür sürətləndirdiyini görmək bizə sevinc bəxş edir! (Əşiya 60:22).