Kontentə keç

29 OKTYABR 2018
FRANSA

Fransanın cənubunda daşqın baş verib

Fransanın cənubunda daşqın baş verib

2018-ci il oktyabrın 14-ü və 15-i Fransanın cənub bölgəsində yağan güclü leysanın səbəb olduğu şiddətli daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Fransa filialı məlumat verir ki, bu ərazidə yaşayan bütün dindaşlarımız təhlükəsiz vəziyyətdədir. Bununla belə, bəzi ailələr daşqın zamanı təxliyyə olunub. Bir neçə Yehovanın Şahidi bildirib ki, əmlaklarına bir az ziyan dəyib və üç əmlak tamamilə sıradan çıxıb. Filialdakı Təbii fəlakətlər zamanı yardım masası bacı-qardaşlarımıza kömək etmək üçün əlindən gələni əsirgəmir.

Biz əminik ki, Yehova Allahımızın güclü əli bu keşməkeşli vaxtda Ona sığınan bacı-qardaşlarımızı bundan sonra da bərk-bərk tutacaq (Zəbur 63:8).