Kontentə keç

12 DEKABR 2012-Cİ İL
FRANSA

Fransa Yehovanın Şahidlərindən qanunsuz aldığı pulları geri qaytarır

Fransa Yehovanın Şahidlərindən qanunsuz aldığı pulları geri qaytarır

14 il sürən hüquqi mübarizədən sonra 2012-ci il dekabrın 11-də Fransa hökuməti Yehovanın Şahidlərinə 6373987 avro (8294320 ABŞ dolları) ödədi.

1998-ci ildə hökumət Yehovanın Şahidlərinin etdiyi könüllü ianənin 60 faizini dövlətə vergi qismində ödənilməsi barədə geriyə qüvvəsi olan qanun çıxartdı. 2003-cü ildə isə dövlət bu ağır verginin qismən də olsa ödənilməsini tələb etdi. Avropa İnsan Hüquqları Məhkəməsi qərar verdi ki, Fransa Yehovanın Şahidlərindən qanunsuz olaraq vergi ödəməyi tələb etməklə onların dini azadlıqlarını pozur və qanun tətbiq edilsəydi, bu, Yehovanın Şahidlərinin yerli filialının fəaliyyətinin dayandırılması ilə nəticələnə və onların keçirdiyi Müqəddəs Kitab üzrə maarifləndirmə işinə mane ola bilərdi. Məhkəmə qoyulan verginin qanunsuz olduğuna qərar verdikdən sonra Fransa hökuməti Şahidlərdən mənimsədiyi pulu faizi və məhkəmə xərcləri ilə birgə qaytararaq qərarı icra etməyə başlayıb.

Əlaqə üçün:

Məlumat xidməti, C. R. Braun, tel. +17185605000

Fransa: Qay Kanonisi, +33232255555