Kontentə keç

23 İYUN 2020
GÜRCÜSTAN

Gürcü dilində «Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşri

Gürcü dilində «Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşri

Bazar günü, 21 iyun 2020-ci il tarixində videokonfrans vasitəsilə keçirilmiş xüsusi görüşdə gürcü dilində «Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşrinin buraxılışı elan edildi. Elanı Rəhbərlik Şurasının üzvü Cefri Cekson etdi. Onun nitqi qabaqcadan yazıya alınmışdı. Proqrama 19521 nəfər qoşulmuşdu. Proqram başa çatandan dərhal sonra bu Müqəddəs Kitab jw.org saytında çıxdı.

Kitab dörd ilə ərsəyə gəlib. Tərcümə qrupunun bir üzvü deyib: «Bu tərcümənin dili sadə olduğu üçün hər yaşda insanlar onu başa düşəcəklər. Ümidvaram ki, ailələr onu sevə-sevə oxuyacaqlar».

Digər tərcüməçi isə qeyd edib: «Biz bu kitabı təhsilindən asılı olmayaraq, hamının başa düşəcəyi dildə tərcümə etməyi qarşımıza məqsəd qoymuşduq».

Biz əminik ki, bu dəqiq və aydın tərcüməni oxuyanların hamısının ürəyi məhəbbətinə görə Yehovaya minnətdarlıqla dolacaq (Yaqub 1:17).