Kontentə keç

6 İYUL 2023
GÜRCÜSTAN

Meqrel dilində «Mətta» bölməsi işıq üzü gördü

Meqrel dilində «Mətta» bölməsi işıq üzü gördü

30 iyun 2023-cü ildə Gürcüstan filial komitəsinin üzvü Coni Şalamberidze qardaş meqrel dilində «Müqəddəs Kitab — Məttanın yazdığı müjdə»nin buraxılışını elan etdi. Bu, meqrel dilində çıxan ilk Müqəddəs Kitab bölməsidir. Kitabın buraxılışı barədə Zuqdidi şəhərində toplantı zalında keçirilən «Səbirli olun!» adlı regional toplantıda 627 iştirakçı qarşısında elan olunub. Kitab həm çap, həm də elektron formatda buraxılıb.

Meqrel dilində, əsasən, Gürcüstanın qərbində yerləşən Sameqrelo bölgəsində yaşayan insanlar danışır. 2019-cu ildə Yehovanın Şahidləri Zuqdidi şəhərində tərcümə ofisi təsis etdilər.

Yehovanın Şahidləri meqrel dilində nəşrlər dərc edən tək-tük təşkilatlardan biridir. Bir tərcüməçi deyir: «Meqrel dili, əsas etibarilə, danışıq dilidir. Bu dildə qrammatika və sözlərin yazılışı ilə bağlı konkret standart yoxdur. Ən böyük çətinliyi də elə bu yaradırdı. Qərara gəldik ki, gürcü qrammatikasına riayət edək, amma meqrel dilində necə danışıldığına xüsusi diqqət yetirək».

Gürcüstanın Zuqdidi şəhərində meqrel tərcümə ofisi

Bundan əlavə, Müqəddəs Kitabda işlənən bəzi sözlərin meqrel dilində qarşılığı yoxdur. Məsələn, bu dildə «tövbə» sözü yoxdur. Ona görə də tərcüməçilər bu sözü «edilən səhvə görə kədər» kimi tərcümə ediblər.

Meqreldilli bacı-qardaşlarımıza görə çox sevinirik. Bu yeni kitab sayəsində indi onlar «salehlik üçün susayıb ona can [atanlara]» daha çox kömək edə biləcəklər (Mətta 5:6).