Kontentə keç

Üç gürcü Yehovanın Şahidi toplantıya gələn iki qonaqla şəkil çəkdirir

22 NOYABR 2018
GÜRCÜSTAN

Gürcüstanda keçirilən ilk xüsusi toplantı

Gürcüstanda keçirilən ilk xüsusi toplantı

Gürcüstandakı bacı-qardaşlar 20—22 iyul 2018-ci il tarixində Tbilisi şəhərində keçirilən «Cəsur ol!» adlı xüsusi toplantıya 18 ölkədən gələn qonaqları səmimi qarşıladı. Gürcüstanda ilk dəfə keçirilən bu teokratik tədbirdə Müqəddəs Kitaba əsaslanan çoxlu ruhani məruzələr söylənildi, qonaqpərvərlik göstərildi, regionun zəngin mədəniyyəti və maraqlı tarixi sərgiləndi.

Toplantı Tbilisidə yerləşən bir Olimpiya Mərkəzində keçirildi. İştirak edənlərin ən yüksək sayı 7002 nəfər idi. Ölkənin təxminən 80 yerində canlı yayımlanan proqramı ümumilikdə 21500-dən çox insan izləyə bildi. Toplantının ən yadda qalan hadisəsi 208 nəfər bacı-qardaşın vəftiz olunması idi.

Qonaqlar ruhani proqramdan əlavə, Gürcüstan mədəniyyətinin incilərindən də feyzyab oldular. Yerli bacı-qardaşlar gələn qonaqlar üçün rəqs etdilər, xalq mahnıları oxudular, yerli mətbəxin ləziz təamlarını bişirdilər və qədimi şəhər olan Tbilisidə ekskursiyalar keçirdilər.

Gürcüstan filialından olan Tamaz Xutsişvili adlı bir nümayəndə deyir: «Ölkədə həmişə dini azadlığımız olmayıb. Amma bu dəfə hökumət nümayəndələri bu sülhməramlı tədbirin keçirilməsinə izin verdi. Bu tədbir sayəsində müxtəlif ölkələrdən gələn çoxlu bacı-qardaşımıza qonaqpərvərlik göstərmək fürsəti əldə etdik» (Romalılara 15:7).

 

20—22 iyul 2018-ci il tarixində Olimpiya Mərkəzində keçirilən xüsusi toplantıda maksimum 7002 nəfər iştirak etmişdi. Üstəlik, 14912 nəfər ölkənin müxtəlif yerlərində canlı yayımlanan proqramı izləmişdi

Rəhbərlik Şurasının üzvü Stiven Lett qardaş hər gün yekun məruzə söyləmişdi

Toplantının ən yadda qalan hadisəsi 208 nəfər bacı-qardaşın vəftiz olunması idi. Vəftiz olunmaq üçün istifadə olunan bu hovuz Olimpiya Mərkəzinin daxilində yerləşən təbii qaya divarları yaxınlığında idi

Canlı video təxminən 80 müxtəlif yerdə yayımlandı

Gürcü bacılar gələn xarici qonağı qarşılayır. Bacılardan biri qoyun yunundan hazırlanmış papaq taxıb. Bu papaq, adətən, Gürcüstanın dağ regionlarında taxılır

İyul ayının 17 və 18-də Tbilisi yaxınlığındakı Muxrani kəndində yerləşən Muxrani sarayında möhtəşəm bir proqram təşkil edildi. Burada Gürcüstanın milli musiqi və rəqsləri canlı olaraq nümayiş olundu və Gürcüstanın teokratik tarixinə aid iki video göstərildi

Yerli Yehovanın Şahidləri Acaruli rəqsini nümayiş etdirir (Qara dənizin yaxınlığında, ölkənin cənub-qərbində yerləşən Acara bölgəsinin adından götürülüb). Bu rəqs həmin bölgədən olan milli gürcü paltarları ilə müşayiət olunur

Yerli qardaşlar qədim gürcü vokal üslubunda milli mahnı ifa edir