15 İYUN 2023
HAİTİ
Güclü daşqınlar Haitidə dağıntılara səbəb olub
2023-cü ilin 2 və 3 iyun tarixlərində Haitinin bəzi bölgələrində leysan yağışları güclü daşqına səbəb olub. Məlumatlara əsasən ölkənin müxtəlif yerlərində on minlərlə ev daşqın sularının altında qalıb və təxminən 40 000 ailə zərər çəkib. 13 500-dən çox insan ərazini tərk etməli olub. Ən azı 50 nəfər həyatını itirib.
Bacı-qardaşlara təsiri
Bacı-qardaşlar arasında ölən yoxdur.
1 bacımız və 1 qardaşımız xəsarət alıb.
60 təbliğçi başqa yerə köçürülüb.
1 ev dağılıb.
3 evə ciddi ziyan dəyib.
19 evə cüzi ziyan dəyib.
Heç bir ibadət evinə və teokratik binaya zərər dəyməyib.
Yardım işləri
Fəlakətdən zərər çəkən bacı-qardaşlara rayon nəzarətçiləri və ağsaqqallar əməli və ruhani yardım göstərirlər.
Yerli yığıncaqlar yardım işlərində kömək edirlər.
Əminik ki, Yehova Haitidə təbii fəlakətdən əziyyət çəkən bacı-qardaşlarımızı möhkəmləndirəcək (Zəbur 29:11).