Kontentə keç

Yanan təkərlər Haitinin Port-o-Prens şəhərində küçəyə girişi bağlayıb

19 MART 2024
HAİTİ

Haitidəki dindaşlarımız ölkədə günü-gündən artan vətəndaş iğtişaşları ilə üzləşiblər

Haitidəki dindaşlarımız ölkədə günü-gündən artan vətəndaş iğtişaşları ilə üzləşiblər

Son illərdə Haitidəki bacı-qardaşlarımız artan zorakılıq və vətəndaş iğtişaşları ilə üzləşirlər. 2 mart 2024-cü il tarixində silahlı qruplaşmaların ölkənin əsas infrastrukturuna hücumundan sonra Haitinin paytaxtı Port-o-Prens şəhərində zorakılıq və qeyri-sabitlik hökm sürür. Hökumət ölkədə komendant saatı tətbiq edib və fövqəladə vəziyyət elan edib. Hesabata görə təxminən 15 000 insan ölkənin daha təhlükəsiz yerlərinə qaçmalı olub və xeyli insan həlak olub.

Bacı-qardaşlarımıza təsiri

  • Dindaşlarımız arasında xəsarət alan və ya həlak olan olmayıb

  • 113 nəfər evlərini məcburi tərk etməli olub

  • 2 ev dağılıb

  • 5 ailənin mal-mülkü tamamilə talan edilib

  • Heç bir ibadət evinə zərər dəyməyib

Yardım işləri

  • Yardım işlərini təşkil etmək üçün filial tərəfindən 4 Zərərçəkənlərə yardım komitəsi yaradılıb

  • Rayon nəzarətçiləri və yerli ağsaqqallar zorakılıq ucbatından evlərini qoyub qaçmalı olmuş dindaşlarımıza ruhani dəstək olur və onların ilkin tələbatlarını qarşılamağa kömək edirlər

Ümumdünya qardaşlıq olaraq Haitidəki bacı-qardaşlarımız üçün Yehovaya dua edirik ki, bu çətin vaxtlarında onlara güc və qəlb rahatlığı versin. Biz səbirsizliklə Yehovanın «hər yanda sülh olacaq» vədinin yerinə yetəcəyi günü gözləyirik (Zəbur 72:7).