Kontentə keç

28 NOYABR 2023
HİNDİSTAN

İncilin «Yeni Dünya Tərcüməsi» konkani (Rumın) dilində işıq üzü gördü

İncilin «Yeni Dünya Tərcüməsi» konkani (Rumın) dilində işıq üzü gördü

17 noyabr 2023-cü ildə İncilin «Yeni Dünya Tərcüməsi» konkani (Rumın) dilində işıq üzü gördü. Nəşrin elektron versiyasının buraxılışı barədə «Səbirli olun!» adlı 2023-cü ilin regional toplantısında elan olundu. Görüşdə 413 nəfər iştirak edirdi. Toplantı Hindistanın Marqao şəhərində keçirilmişdi. Nəşrin çap versiyası tezliklə işıq üzü görəcək.

Konkani dilində Hindistanın qərb sahillərində yaşayan üç milyondan çox insan danışır və beş müxtəlif yazı forması var. Konkani (Rumın) yazısından Hindistanın Qoa şəhərində yaşayan təxminən 500 000 insan istifadə edir. Hazırda 400-dən çox təbliğçi konkanidilli (Rumın) yeddi yığıncaqda xidmət edir. Bu nəşrdən əvvəl konkani (Rumın) dilində Müqəddəs Kitabın yalnız bir tərcüməsi mövcud idi.

Bu yeni tərcümədə aydın və izahlı dildən istifadə edildiyi üçün Yehovanın keyfiyyətlərini dərk etmək asanlaşır. Bir qardaş deyir: «Əvvəllər istifadə etdiyimiz tərcümədə Yəhya 21:17 ayəsi belə yazılmışdı: “Qoyunlarımı otar”. Amma “Yeni Dünya Tərcüməsi”ndə bu ifadə “quzularımı bəslə” kimi tərcümə olunub. Bu sözlər mənə Yehovanın və İsanın itaətkar bəndələrinə qarşı necə nəvaziş göstərdiyini daha yaxşı başa düşməyə kömək edir».

Bu yeni tərcüməyə görə Yehovaya minnətdarıq. Əminik ki, bundan sonra da çoxları Yehovanın gözəl xüsusiyyətlərini dərk edəcək və Ona yaxınlaşacaq (Zəbur 25:14).