Kontentə keç

28 İYUN 2021
HİNDİSTAN

Hindistanda tamil dilində latın əlifbası ilə «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» dərc edilib

Hindistanda tamil dilində latın əlifbası ilə «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» dərc edilib

27 iyun 2021-ci il tarixində tamil dilində latın əlifbası ilə «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin buraxılışı elan edildi. Onlayn formatda keçirilən proqrama 16 ölkədə yaşayan tamildilli bacı-qardaşlar baxdı.

Layihə ilə bağlı vacib faktlar

  • Bütün dünyada tamil dilində 85 milyon insan danışır.

  • Tamil dilində 334 yığıncaq və 32 qrup fəaliyyət göstərir. Onlarda 20 500-dən çox təbliğçi xidmət edir.

  • Layihənin üzərində 5 tərcüməçi 6 ay işləyib.

Tamil əlifbası ilə «Yeni Dünya Tərcüməsi» 2016-cı ilin sentyabr ayında dərc edilmişdi. Bütün dünyada tamil dilində danışanlar kitabın buraxılışına çox sevinirdi. Lakin bəziləri üçün tamil əlifbasında oxumaq çətindir, latın əlifbası onlar üçün daha rahatdır.

Bir tərcüməçi şəxsi mütaliəsi haqda deyir: «Tamil əlifbasında olan mətnləri oxumaqda çətinlik çəkirəm, ona görə Müqəddəs Kitabı ingilis dilində oxuyurdum. Yeni nəşr mənim lap ürəyimcədir».

Şübhə yoxdur ki, bacı-qardaşlar Müqəddəs Kitabın bu tərcüməsini böyük sevinclə oxuyacaq və bu onlara həyatda və xidmətdə uğur qazandıracaq (Yuşə 1:8).