22 NOYABR 2023
HİNDİSTAN
Müqəddəs Kitabın «Mətta» bölməsi Nikobar dilində işıq üzü görür
10 noyabr 2023-cü ildə Hindistanın Port-Bler şəhərində (Andaman və Nikobar adaları) keçirilən, 180 nəfərin iştirak etdiyi «Səbirli olun!» adlı regional toplantıda Müqəddəs Kitabın «Mətta» bölməsinin Nikobar dilində işıq üzü gördüyü elan olundu. Kitab elektron formatda mövcuddur. Tezliklə nəşrin çap versiyası da istifadəyə veriləcək.
Hind okeanında yerləşən Andaman və Nikobar adalarına 800-dən çox ada daxildir. Onlardan 31-də yaşayış var. Əldə olan məlumata görə bu ərazilərdə yaşayan 430 000 sakindən 30 000-i Nikobar dilində danışır. İlk nikobardilli yığıncaq 2001-ci ildə təsis olunub. Hal-hazırda 3 yığıncaqda 129 təbliğçi xidmət edir.
Nikobar dilində olan Müqəddəs Kitabın tam versiyasında yalnız Zəbur 83:18 ayəsində və başqa bir neçə ayədə Yehova adı var, amma «Mətta» bölməsində bu ada rast gəlinmir. Həmçinin əksər sözlər arxaik və çətin başa düşüləndir. Amma yeni dərc olunmuş «Mətta» bölməsindəki sözlər aydın və asan başa düşüləndir. Eyni zamanda bu nəşrdə Yehova adı öz müvafiq yerlərində yazılıb, yəni 18 yerdə qeyd edilib.
Əminik ki, «Mətta» bölməsinin bu yeni tərcüməsi daha çox səmimi qəlbli nikobardilli insana hər şeyin Yaradanı Yehovaya yaxınlaşmağa kömək edəcək (Zəbur 36:9).