Kontentə keç

12 NOYABR 2013-CÜ İL
HİNDİSTAN

«Faylin» siklonu Hindistanda güclü dağıntılara səbəb olub

«Faylin» siklonu Hindistanda güclü dağıntılara səbəb olub

2013-cü il 12 oktyabr tarixində təxminən son on il ərzində baş verən siklonlardan ən güclüsü olan «Faylin» siklonu Hindistanın şərqində yerləşən Orissa və Andhra-Pradeş ştatlarını öz cənginə almışdı. Ağırlıq dərəcəsinə görə siklon 4-cü kateqoriyaya aid edilib. Küləyin sürəti saatda 220 kilometrə çatırdı. Orissa ştatının yüz minlərlə sakinləri evlərini tərk etməli olublar. Siklonun səbəb olduğu güclü daşqınlarda, ən azı, 43 adam həyatını itirib. Həmin rayonda Yehovanın Şahidlərindən xəsarət alanın və ya ölənin olduğu haqda məlumat daxil olmayıb. «Faylin» siklonu sahilə çatmazdan öncə, Yehovanın Şahidlərinin Hindistandakı filialı sahilyanı ştat olan Andhra-Pradeşdən Yehovanın Şahidlərinin 70 ailəsini evakuasiya etmişdi. İman bacı-qardaşları onları öz evlərinə qəbul edib qayğılarına qalırlar.

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti C. R. Braun, tel.: +17185605000

Hindistan: Tobias Dias, tel.: +919845476425