Kontentə keç

28 NOYABR 2018
HİNDİSTAN

Hindistanda «Qaca» siklonu ciddi fəsadlara yol açıb

Hindistanda «Qaca» siklonu ciddi fəsadlara yol açıb

16 noyabr 2018-ci il tarixində «Qaca» siklonu Hindistanın cənubunda yerləşən Tamilnad ştatını viran qoyub. Ən azı 46 nəfər həyatını itirib, təxminən 250000 nəfər təxliyyə olunub, 85000 yaşayış yeri ziyan görüb və ya dağılıb.

Tamilnad ştatının Mannarqudi şəhərində yaşayan qardaşımıza məxsus ev zərər görüb

Hindistan filialı bildirir ki, fırtına ucbatından ölənlər və yaralananlar arasında bacı-qardaşlarımız yoxdur. Bununla belə, dindaşlarımıza məxsus 38 ev və 2 ibadət evi sıradan çıxıb. Filial zərərçəkən təbliğçiləri ərzaq və su ilə təmin etmək və digər yardım işlərini təşkil etmək üçün Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi yaradıb.

Dua edirik ki, Hindistanda «Qaca» siklonundan zərərçəkən bacı-qardaşlarımız Yehovanın ağsaqqallar vasitəsilə göstərdiyi məhəbbətdən təsəlli tapsınlar (1 Butrus 5:2).