Kontentə keç

31 AVQUST 2017
HONKONQ

«Hato» qasırğası Honkonq və Makaonu darmadağın edir

«Hato» qasırğası Honkonq və Makaonu darmadağın edir

Çərşənbə günü, avqustun 23-ü onuncu dərəcəli olan «Hato» qasırğası Honkonq və Makao şəhərləri də daxil olmaqla, Çinin cənub hissəsini darmadağın edib. Honkonqda fəlakətdən həyatını itirən olmasa da, 34 nəfər xəsarət alıb. Makaoda isə qasırğa azı 9 nəfərin həyatına son qoyub və 153 nəfər yaralanıb.

Makoadakı Yehovanın Şahidlərinin fəaliyyətinə rəhbərlik edən Honkonq filialı məlumat verir ki, heç bir Yehovanın Şahidi qasırğa nəticəsində həyatını itirməyib. Lakin Makao əhalisi içməli susuz və işıqsız qalıb. Dindaşlarının su və digər ehtiyaclarını təmin etmək üçün filial həmin bölgədəki Yehovanın Şahidləri ilə əməkdaşlıq edir.

Makoda 320, Honkonqda isə 5500-dən artıq Yehovanın Şahidi yaşayır.

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000

Honkonq: Denni Stinsen, tel.: +852 3950 3500