Kontentə keç

Tanbanatlar ailəsi: ata, ana, məktəbdə oxuyan 7, 10, 12 yaşlı və bir məktəb yaşına çatmamış uşaqları

30 OKTYABR 2019
İNDONEZİYA

İndoneziya məhkəməsi məktəblilərin din azadlığı hüququnu qoruyur

İndoneziya məhkəməsi məktəblilərin din azadlığı hüququnu qoruyur

8 avqust 2019-cu il tarixində Samarinda İnzibati Məhkəməsi bayrağa təzim etməkdən və milli himni ifa etməkdən imtina etdikləri üçün məktəbdən xaric edilmiş üç uşağın xeyrinə qərar qəbul edib. Məhkəmə uşaqların xaric edilməsi barədə qərarın ləğv edilməsini və onların məktəbə yenidən götürülməsini qət edib. Bu qərar təsdiq edir ki, İndoneziya qanunları valideynlərə öz uşaqlarına dini təlim-tərbiyə vermək hüququ verir və uşaqlar Yehovanın Şahidləri olan valideynlərinin dini əqidələrinə uyğun yaşadıqlarına görə cəzalandırıla bilməz.

7 yaşlı Yonatan, 10 yaşlı Yoşua və 12 yaşlı Mariya Tanbanat 2018-ci il dekabr ayında məktəbdən xaric edilmişdi. Lakin inzibati məhkəmə tanıdı ki, uşaqların vətənpərvər mərasimlərdə iştirak etməmələri nə Konstitusiya və digər qanunları pozur, nə də dövlət ənənələrinə və rəmzlərinə qarşı hörmətsizlikdir.

Biz məhkəmənin uşaqların Müqəddəs Kitaba əsaslanan etiqadlarına hörmət etdiyinə və onların təhsillərini davam etdirmələrinə imkan yaratdığına görə çox sevinirik. Ümid edirik ki, bu qərar İndoneziyada eyni çətinliklərlə üzləşən Yehovanın Şahidlərinin məktəbli uşaqlarına kömək edəcək.