Kontentə keç

3 FEVRAL 2021
İNDONEZİYA

İndoneziyada güclü daşqın

İndoneziyada güclü daşqın

Məkan

Cənubi Kalimantan, Şimali Sulavesi və Şimali Molukk

Təbii fəlakət

  • 2021-ci ilin yanvar ayının ortalarında güclü daşqın və torpaq sürüşmələri böyük dağıntılara səbəb olub və çoxlarını evlərini tərk etməyə məcbur edib

Bacı-qardaşlara təsiri

  • Təxminən 90 təbliğçi müvəqqəti təxliyə olunub

Əmlaka dəyən ziyan

  • 3 evə cüzi ziyan dəyib

Yardım işləri

  • Yığıncaq ağsaqqalları dərhal təbliğçilərə təxliyə olunmağa kömək etdilər. Onlar təbliğçilər üçün müvəqqəti sığınacaq tapdılar, onları ərzaq və lazım olan digər əşyalarla təmin etdilər

  • Yerli yığıncaqlardan olan təbliğçilər ziyan dəymiş evləri təmizləməyə və təmir etməyə kömək edirlər

  • Rayon nəzarətçiləri zərərçəkmiş təbliğçilərə Müqəddəs Kitabdan təsəlli verirlər

  • Hamı COVID-19 ilə bağlı təhlükəsizlik qaydalarına əməl edir

Dar gündə əziz bacı-qardaşlarımızı fəlakətlə üz-üzə tək qoymayan Yehova Allaha ürəkdən minnətdarıq (Məsəllər 17:17).