Kontentə keç

İndoneziyadakı zəlzələnin vurduğu ciddi ziyan

23 NOYABR 2022
İNDONEZİYA

İndoneziyada zəlzələ baş verib

İndoneziyada zəlzələ baş verib

21noyabr 2022-ci il tarixində İndoneziyanın Qərbi Yava əyalətində yerləşən Çianjur şəhərində 5,6 bal gücündə zəlzələ baş verib. 260 nəfərdən çox ölən və 100-dən çox yaralanan var. Onlarla insanın itkin düşdüyü, minlərlə insanın isə köçürüldüyü bildirilir. Genişmiqyaslı elektrik kəsintisi rabitə əlaqəsini çətinləşdirib.

Bacı-qardaşlara təsiri

  • 132 dindaşımız arasında ölən və itkin düşən yoxdur

  • 5 evə cüzi ziyan dəyib

  • İbadət evlərinə və toplantı zallarına ziyan dəyməyib

Yardım işləri

  • Zəlzələnin təkrarlana biləcəyi ehtimalına görə, kömək məqsədilə hər bir yaşlı bacı-qardaşımıza bir təbliğçi təyin olunub

  • Bacı-qardaşlara kömək üçün Zərərçəkənlərə yardım komitəsi təyin olunub

  • Rayon nəzarətçiləri zəlzələdən zərər çəkmiş ərazilərdəki yığıncaqları ziyarət edir, bacı-qardaşlara Müqəddəs Kitab əsasında təsəlli verir və ruhlandırır

  • Bütün yardım işləri COVID-19 ilə bağlı təhlükəsizlik qaydalarına uyğun həyata keçirilir

Əminik ki, Yehova dindaşlarımıza bu dar günlərində dayaq olacaq (Zəbur 50:15).