Kontentə keç

Cefri Cekson batak toba dilində «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin buraxılışını elan edir

4 DEKABR 2020
İNDONEZİYA

İndoneziyanın dörd yerli dilində «Yeni Dünya Tərcüməsi» buraxılıb

İndoneziyanın dörd yerli dilində «Yeni Dünya Tərcüməsi» buraxılıb

28 noyabr 2020-ci il tarixində «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» həm çap, həm də elektron formatda İndoneziyanın dörd yerli dilində buraxılıb: batak karo, batak toba, Yava və Nias. Qabaqcadan yazıya alınmış xüsusi nitqi Rəhbərlik Şurasının üzvü Cefri Cekson təqdim etdi. Müqəddəs Kitabların buraxılışı haqqında bu nitq İndoneziyanın çoxsaylı adalarında fəaliyyət göstərən yığıncaqların hamısına yayımlandı. Proqrama təxminən 41 265 nəfər baxdı. Cefri qardaş həm də tezliklə İncilin «Yeni Dünya Tərcüməsi»nin sunda dilində elektron formatda buraxılacağını elan etdi.

Bu tərcümələr layihələr üzərində üç il yarımdan çox müddət ərzində yorulmadan işləyən tərcüməçilərin əməyi sayəsində ərsəyə gəlib. 100 milyondan çox insan Müqəddəs Kitabın dərc edildiyi bu dörd dildən ən azı birində danışır. Bundan əlavə, 2600-dən çox təbliğçi bu dillərdə təbliğ edir və həmin dillərdə keçirilən yığıncaqlarda iştirak edir.

Müasir oxucular Müqəddəs Kitabın köhnə tərcümələrinin dilini yaxşı başa düşmür. Bir tərcüməçi deyib: «“Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi”nin buraxılışı məni bir daha əmin etdi ki, Yehova insanların Onun Kəlamını asan başa düşülən və ürəklərinə təsir edən dildə eşitmələrini istəyir».

İndoneziya filial komitəsinin üzvü Daniel Purnomo deyib: «COVID-19 pandemiyası insanların çətin həyatını daha da çətinləşdirib. Bu dillərdə danışan bacı-qardaşlarımız düz vaxtında aldıqları bu ənama görə çox minnətdardır».

Biz çox şadıq ki, Yehova Öz dəyərli Kəlamını daha çox insan üçün əlçatan edib. Ümid edirik ki, bu dillərdə danışan daha çox insan Müqəddəs Kitab təlimlərindən yararlanacaq (Yaqub 1:17).