19 SENTYABR 2022
İSPANİYA
İspaniya filialında aparılan yenidənqurma işləri tərcümə işinə böyük töhfə verir
İspaniya filialı bu yaxınlarda ofis binalarından birinin təmirini başa çatdırdı. Bu ofisi, əsasən, Tərcümə şöbəsi istifadə edəcək. Ümumilikdə filialda aparılan genişmiqyaslı yenidənqurma işi 2025-ci ildə tamamlanacaq.
Bu yeni ofis binasında böyük kitabxana var, burada tərcüməçilərin işi üçün lazım olan 4 000 kitab yerləşdirmək mümkündür. Həmçinin orada elə kitablar var ki, onları elektron formatda əldə etmək mümkün deyil.
Filial komitəsində xidmət edən Con Börsnal belə deyir: «Son 25 ildə İspaniya filialındakı görülən işlərdə çox böyük dəyişikliklər baş verib. Təzə-təzə sadəcə çapxana və anbar kimi işlətdiyimiz binada zaman ötdükcə ispan dilində, ispan jest dilində, eləcə də bir çox Avropa dilləri üçün Brayl əlifbasında nəşrlər çap olunmağa başladı. Amma bizə daha çox iş otaqları lazım idi. Əminik ki, bu layihə sayəsində biz ümumdünya qardaşlığımıza daha çox töhfə verə biləcəyik».
Təmir işlərinə dörd yaşayış binasından başlanılmışdı. Bu işdə iştirak edəcək könüllülərin sayı 200-ə çatıb. İşçilərin qalması üçün filialın ərazisində 70 mobil ev qurulub.
İspaniyada təbliğçilərin sayında artım davam edir. Hazırda ölkədə 120 530 təbliğçi var. Onlardan 23 565-i öncül kimi xidmət edir, ötən il bu say 8 dəfə öz yüksək həddinə çatıb.
Biz əminik ki, Yehova bu gözəl layihəni dəstəkləyəcək və bu binalar tikilmə məqsədinə uyğun olaraq Yehovanın müqəddəs adının ucaldılmasına xidmət edəcək (Zəbur 61:8).