6 NOYABR 2024
İSPANİYA
Dağıdıcı sellər İspaniyanın cənub-şərqini viran qoydu
29 oktyabr 2024-cü ildə güclü yağışlar İspaniyanın cənub-şərqində sellərə səbəb oldu. Valensiya vilayətinin bir neçə ərazisində cəmi səkkiz saat ərzində illik yağış norması yağıb. Misal üçün, Turis şəhərində 64 santimetrə qədər yağış yağıb. Daşqın və torpaq sürüşmələri bir çox şəhərləri palçıq altında qoyub, yolları və körpüləri yuyub aparıb. Minlərlə insan qidasız, susuz və işıqsız qalıb. 217 nəfər həyatını itirib, çoxlu sayda insan itkin düşüb.
Bacı-qardaşlara təsiri
Təəssüf ki, 77 yaşlı bir bacımız həyatını itirib
19 təbliğçi təxliyə olunub
1 ev dağılıb
21 evə ciddi ziyan dəyib
27 evə cüzi ziyan dəyib
157 dindaşımızın şəxsi avtomobilini sel aparıb
3 ibadət evinə ciddi ziyan dəyib
Yardım işləri
Filial nümayəndələri, rayon nəzarətçiləri və ağsaqqallar daşqından zərərçəkənlərə ruhani və mənəvi köməklə yanaşı, əməli kömək də göstərirlər
Yardım işlərinə nəzarət etmək üçün Zərərçəkənlərə yardım komitəsi yaradılıb
Daşqının təsir etmədiyi ərazilərdə yaşayan bacı-qardaşlar qapılarını təbii fəlakət ucbatından evlərini tərk etmiş dindaşlarına açıblar
İspaniyada baş verən bu dağıdıcı daşqından zərər çəkmiş dindaşlarımıza görə çox qüssələnirik. Allahın Kəlamı vəd edir ki, Yehovaya güvənən və Ona sığınanlar daha heç nədən qorxmayacaqlar (Əşiya 12:2). Bu vəd bizə qəlb rahatlığı və güc verir.