14 APREL 2022
İSPANİYA
Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» katalan dilində işıq üzü gördü
2022-ci il aprelin 2-si İspaniya filialının komitə üzvü Alberto Rovira katalan dilində elektron formatda Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin buraxılışını elan etdi. Xüsusi proqram JW Stream saytı vasitəsilə yayımlandı və ona Andorra, Balear adaları, Kataloniya və Valensiyada baxdılar. Ümumilikdə 3000-dən çox bağlantı yaradılmışdı. Çap formatda yeni Müqəddəs Kitab yığıncaqlara növbəti aylarda göndəriləcək.
Katalan dilində müxtəlif Müqəddəs Kitab tərcümələri 13-cü əsrdən var. Müqəddəs Kitabın bu dilə qeyri-adi tərcümələrindən biri 1282—1325-ci illərin arasında nəşr olunmuş «Qafiyəli Müqəddəs Kitab»dır. Bu Müqəddəs Kitabın 18 bölməsi şeir üslubu ilə tərcümə edilib və bu, mətni yadda saxlamağı asanlaşdırır.
Katalan dilində mövcud olar bir çox tərcümələrin dili artıq köhnəldiyindən oxuculara mətni başa düşmək çətindir. Digər tərcümələr isə dəqiq deyil və ya Yehovanın adı mətndən çıxarılıb.
Alberto qardaş nitqində deyib: «Əmin ola bilərik ki, bu tərcümədə Allahın fikirləri ana dilimizdə dəqiq çatdırılıb».
Çox şadıq ki, katalan dilində danışanlar indi Allahın Kəlamının qüdrətindən tam yararlana biləcəklər (İbranilərə 4:12).