Kontentə keç

Madriddə (İspaniya) Deputatların Qurultayı keçirilən «Palacio de las Cortes» binası

24 MAY 2023
İSPANİYA

Tarixi qərar: İspaniya Yehovanın Şahidlərini vergidən azad edir

Tarixi qərar: İspaniya Yehovanın Şahidlərini vergidən azad edir

26 aprel 2023-cü il tarixində İspaniya hökuməti ölkənin vergi qanunvericiliyinə vacib dəyişikliyi təsdiq etdi. Bu qərarın İspaniyadakı Yehovanın Şahidlərinə böyük xeyri dəydi.

Hökumətin bu qərarından sonra təşkilatımız ölkədəki teokratik binalarımıza görə ödənilən vergidən azad edildi. Həmçinin Yehovanın Şahidlərinin fəaliyyətinə dəstək olmaq üçün maddi yardım göstərən şəxslərə vergi güzəştləri tətbiq olundu. Bundan əlavə bu dəyişiklik təsdiq edir ki, Yehovanın Şahidləri Avropa İnsan Hüquqları Məhkəməsinin bildirdiyi kimi «tanınmış din»dir.

Yehovanın Şahidlərinin İspaniyadakı filialının nümayəndəsi Con Komas (solda) hökumət nümayəndəsi cənab Feliks Bolanos ilə (sağda)

Yehovanın Şahidləri İspaniyada 2006-cı ilin iyun ayından dini təşkilat kimi hüquqi cəhətdən tanınsalar da, onlar ölkədəki digər dini təşkilatlar kimi vergidən azad edilməmişdilər. Qardaşlarımız digər dini təşkilatlar kimi vergidən azad olmaq üçün dəfələrlə müraciət etmişdilər. Gözlənilmədən 24 aprel 2023-cü il tarixində hökumət nümayəndələri Yehovanın Şahidlərini görüşə dəvət etdilər. Görüşdə qardaşlarımıza bildirildi ki, qeyri-kommersiya təşkilatlarına tətbiq olunan vergi qanunvericiliyinə dəyişiklik ediləcək və bu dəyişiklik Yehovanın Şahidlərinin də xeyrinə olacaq. İki gün sonra, 26 aprel 2023-cü il tarixində Deputatların Qurultayı dəyişikliyi təsdiq etdi. Bu dəyişiklik 2023-cü ilin iyun ayında qüvvəyə minməlidir.

İspaniyada Yehovanın Şahidlərinin din azadlığı hüququnu daha da möhkəmləndirən bu vacib qərara görə çox sevinirik (Filippililərə 1:7).