Kontentə keç

Solda: Ziyarətçilər sərgidə. Mərkəzdə: La-Modelonun girişi (İspaniya, Barselona). Sağda: Həbsdə olan bir qardaşın həyat yoldaşına yazdığı məktubların nüsxələri

5 DEKABR 2023
İSPANİYA

Yehovanın Şahidlərinin İspaniyadakı «Əqidə məhbusları» adlı xüsusi sərgisi

Yehovanın Şahidlərinin İspaniyadakı «Əqidə məhbusları» adlı xüsusi sərgisi

Bələdçi ziyarətçilərə La-Modelo həbsxanasını gəzdirir

14 oktyabr — 16 dekabr 2023-cü il tarixlərində Barselonada (İspaniya) əvvəllər həbsxana kimi fəaliyyət göstərmiş, hal-hazırda muzey və mədəniyyət mərkəzi olan La-Modeloda «Əqidə məhbusları» adlı yeni sərgi keçirildi. Sərginin məqsədi ictimaiyyəti, eləcə də hökumət rəsmilərini və elm işçilərini Yehovanın Şahidi olan gənclərin məsihi bitərəfliyini qoruyaraq necə böyük iman göstərmələri ilə tanış etmək idi.

Sərgidə 1930-cu illərdən başlayaraq İspaniyada hərbi xidmətdən imtina etdiyinə görə həbsdə yatan qardaşlarımızdan bəhs olunur. 1960—1970-ci illərdə həbs olunanların sayı 1000 nəfərə çatırdı. Onların 40-dan çoxu La-Modeloda həbsdə idi.

Keçmiş əqidə məhbuslarına aid plakat

Sərgidə Yehovanın Şahidlərinin nəyə görə hərbi xidmətdən imtina etdiklərindən və gənc Yehovanın Şahidlərinin həbsxana həyatından bəhs edən plakatlar asılıb. Bu qardaşların uzun illər boyu göstərdiyi möhkəm iman sayəsində 1984-cü ildə İspaniya hökuməti əqidəyə görə hərbi xidmətdən imtina edənlərin haqlarını rəsmi surətdə tanıdı.

Sərginin açılış nitqi ilə çıxış etməyə Professor Migel Anxel Plaza dəvət olunmuşdu. Professorun La-Modeloda həbsdə yatan bir neçə Yehovanın Şahidi ilə söhbət etmək imkanı olub. Dindaşlarımızın həbsdə yaşadıqları barədə deyir: «Onların heç biri nə La-Modeloda yaşadıqları, nə də gözətçilər barədə tənqidi, mənfi fikirlər söyləməyiblər. Onlar bu barədə üzlərində təbəssümlə danışırdılar». Tədbirdə Fernando Trepat qardaş da iştirak edirdi. O La-Modeloda həbsdə yatan Şahidlərdən biridir. O deyir: «Üstündən 50 ildən çox vaxt keçib, amma yenə də əminəm ki, Müqəddəs Kitabdakı prinsiplər mənə düzgün qərar verməyə kömək edib. Bu gün olsa, yenə də eyni qərarı verərdim».

Tədbirin təşkilatçısı Deyvid Baydes qardaş deyir: «Bu tarixi sərgi olsa da, mövzusu hələ də aktualdır. Hal-hazırda dünyanın müxtəlif yerlərində Müqəddəs Kitaba əsaslanmış əqidəsinə görə 200-ə yaxın Yehovanın Şahidi həbsdə yatır».

La-Modelodakı xüsusi sərgidə tur bələdçisi kimi xidmət edən bacı qardaşlar

İspaniyada uzun illər ərzində imanına görə həbsdə yatan qardaşlarımızın sədaqət və dözümünün qarşısında ehtiramla baş əyirik. Hal-hazırda həbsdə olanlar üçünsə daima dua edəcəyik (İbranilərə 13:3).