21 MAY 2021
İSRAİL
İsraildə və Fələstin ərazilərində silahlı qarşıdurma
Məkan
İsrail və Fələstin əraziləri
Münaqişə
10 may 2021-ci il tarixində İsraildə və Fələstin ərazilərində çoxlu sayda insan tələfatına səbəb olan silahlı qarşıdurma başlayıb.
İsraillilərin və ərəblərin yaşadıqları İsrail şəhərlərində özəl və ictimai əmlaka ziyan dəyib.
Bacı-qardaşlara təsiri
İsraildə və Fələstin ərazilərində yaşayan 2000-dən çox təbliğçidən heç birinə ziyan dəyməyib.
73 təbliğçi təxliyə edilib. Onların arasında sahədə xidmət edən 15 xüsusi tamvaxtlı xidmətçi də var. 13 beytelli müvəqqəti olaraq bomba sığınacağında yaşamalı olub.
Əmlaka dəyən ziyan
6 evə cüzi ziyan dəyib.
Yardım işləri
Zərərçəkənlərə yardım komitəsi rayon nəzarətçiləri və yerli ağsaqqallarla birgə zərərçəkənlərə yardım göstərir.
Rayon nəzarətçiləri və ağsaqqallar təbliğçilərə ruhani kömək göstərirlər.
Yardım işləri zamanı COVID-19 pandemiyası ilə əlaqədar təhlükəsizlik qaydalarına əməl olunur.
Yığıncaqlar onlayn formatda keçirildiyi üçün münaqişə onlara təsir etməyib. Mayın 15-i bacı-qardaşlar JW Stream–Studio vasitəsilə rayon toplantısının proqramına baxa bilmişlər. Nahardan sonrakı hissə həyəcan siqnalına görə üç dəfə dayandırılmışdı. Bu zaman bacı-qardaşlar pilləkənlərin arxası və ya bomba sığınacağı kimi təhlükəsiz yerlərə keçirdilər. Münaqişəyə baxmayaraq, 804 təbliğçi ivrit dilində, 297 təbliğçi isə taqal dilində keçirilən rayon toplantısına onlayn qoşula bilmişdi. Mayın 22-si İsraildə və Fələstin ərazilərində yaşayan ərəbdilli dindaşlarımızın rayon toplantısının keçirilməsi planlaşdırılır.
Belə çətin günlərdə bacı-qardaşlar Yehovadan ümidlərini üzmür və Ona sığınır (Zəbur 91:1, 2, 5).