23 OKTYABR 2019
İTALİYA
İtaliyada yeni ofis binaları tikilir
İtaliya filialı Romadan Bolonya və İmola şəhərlərinə köçürülür. Bolonya Romadan 370 kilometr şimalda, İmola isə Bolonyadan təxminən 48 kilometr aralıda yerləşir. Bolonyada ofis binası kimi fəaliyyət göstərəcək doqquzmərtəbəli binada yenidənqurma işlərinə artıq başlanılıb. 2018-ci ildən tərcümə və tərcümə ilə əlaqəli digər işlərdə çalışan 60-dan çox beytelli artıq İmolada yeni təmirdən çıxmış binada fəaliyyət göstərir.
Bolonyaya köçürülmüş beytelliləri yaşayış yeri ilə təmin etmək üçün üçmərtəbəli yeraltı avtomobil dayanacağı olan yeddimərtəbəli bina tikilir. Bu bina ofis binasından bir kilometr yarım aralıda yerləşir. Gələcəkdə həmin ərazidə bir yaşayış binası da tikmək planlaşdırılır.
1948-ci ildə Yehovanın Şahidləri Romada filial üçün ilk mülkü aldılar və Milandakı binadan oraya köçdülər. Həmin vaxtdan etibarən İtaliyada sürətlə artım getdi. 1940-cı illərdə ölkədə 200-dən az təbliğçi var idi. Bu gün isə 250000-dən çox təbliğçi var. Avropadakı heç bir filialın ərazisində bu qədər təbliğçi yoxdur. Filial ərazisindəki təbliğçilərin sayı artdıqca Beyteldəki könüllülərin və filial binalarının da sayı artırdı. Bu, 2006-ci ildə ən yüksək həddə çatmışdı. Belə ki, İtaliya filialının 99 binası var idi. Lakin filial Bolonyaya köçdükdən sonra Beytel ailəsinin üzvlərinin sayı azaldılacaq və filial cəmi 5 binadan ibarət olacaq.
Biz dua edirik ki, Yehova Allah bu layihəni uğurlu etsin və bu yeni binalar məhsulun yetişdiyi, biçinə hazır olduğu İtaliyada işi irəli aparsın (Yəhya 4:35).