Kontentə keç

İtaliyanın Emiliya-Romanya bölgəsində daşqın altında qalan avtodayanacaq. Yuxarıdakı şəkil: bir qardaş sel basmış küçəni palçıqdan təmizləyir

24 MAY 2023
İTALİYA

İtaliyanın şimalında güclü daşqın

İtaliyanın şimalında güclü daşqın

İtaliyanın şimalında, Emiliya-Romanya bölgəsində yağan aramsız leysan yağışları güclü daşqına səbəb olub. 15 may 2023-cü il tarixindən başlayaraq iki gündən az müddətdə yağan yağış sularının səviyyəsi təxminən 50 santimetrə çatıb. Təbii fəlakətdən 40-dan çox yaşayış məntəqəsi zərər çəkib. 14 nəfərin öldüyü təsdiqlənib. Minlərlə insan təxliyə olunub.

Bacı-qardaşlara təsiri

  • Bacı-qardaşlar arasında ölən və yaralananlar yoxdur.

  • 342 təbliğçi və onların ailə üzvləri təxliyə olunub.

  • 167 ev daşqın altında qalıb. Onlardan 72-si ciddi ziyan görüb.

  • 1 ibadət evinə ciddi ziyan dəyib.

  • 3 ibadət evinə cüzi ziyan dəyib.

Yardım işləri

  • Rayon nəzarətçiləri və ağsaqqallar fəlakətdən zərərçəkənlərə ruhani və əməli yardım göstərir.

  • Yardım işlərini təşkil etmək üçün Zərərçəkənlərə yardım komitəsi təyin edilib.

Bilirik ki, tezliklə təbii fəlakətlər olmayacaq, çünki Allahın çadırı insanlarla olacaq. Biz o günü səbirsizliklə gözləyirik (Vəhy 21:3, 4).