Kontentə keç

İtaliyanın Ali Kassasiya Məhkəməsinin yerləşdiyi Ədalət Sarayı (Roma)

1 OKTYABR 2019
İTALİYA

İtaliyanın Ali Məhkəməsi dini təlim verməkdə valideynlərin hüquqlarının bərabərliyini təsdiqləyib

İtaliyanın Ali Məhkəməsi dini təlim verməkdə valideynlərin hüquqlarının bərabərliyini təsdiqləyib

30 avqust 2019-cu il tarixində Ali Kassasiya Məhkəməsi (Roma) qəyyumluq və valideynlərin hüquqları ilə bağlı işdə tarixi qərar qəbul edib. İtaliyanın sonuncu instansiya məhkəməsinin bu qərarı Yehovanın Şahidi olan qadının azyaşlı övladına dini təlim vermək hüququnu təsdiqləyib.

Uşağın atası Yehovanın Şahidi deyil və yoldaşından boşanıb. Onun iddia tələbi ondan ibarət idi ki, uşağa sırf onun dini etiqadlarına uyğun təlim verilsin. Atanın tərəfini tutan iki aşağı instansiya məhkəməsi qət etmişdir ki, uşağa başqa din öyrətmək «onu çaşdıra» bilər. Bu qərarlar ananın oğluna öz dini etiqadlarını öyrətmək hüququna əngəl törədirdi. Ali məhkəmə aşağı instansiya məhkəmələrinin qərarlarını ləğv edərək azyaşlı uşağın «hər iki valideynlə eyni münasibətdə olmaq» hüququnu təsdiqləyib. Məhkəmə həmçinin vurğulayıb ki, bütün dinlər «qanun qarşısında eyni hörmətə» malikdir və aşağı instansiya məhkəmələrinin Yehovanın Şahidlərinə qarşı «qərəzli münasibətini» mühakimə edib. Qərarda müəyyən olunub ki, valideynlər arasında uşağa dini təlim verməklə bağlı mübahisə düşdükdə hakimin hansı dinin daha yaxşı olduğuna qərar vermək hüququ yoxdur.

Biz ümid edirik ki, məhkəmənin bu qərarı İtaliyada qəyyumluq işlərində veriləcək qərarlar üçün presedent olacaq. Şübhə yoxdur ki, bu, övladlarını «Yehovanın tərbiyəsi və öyüd-nəsihətilə» böyütməyə çalışan valideynlərə fayda gətirəcək (Efeslilərə 6:4).