4 AVQUST 2023
İTALİYA
Ekstremal hava şəraiti İtaliyanın şimalını və Siciliya adasını viran qoydu
22—26 iyul 2023-cü il tarixlərində İtaliyada iki ayrı təbiət hadisəsi baş verdi. İtaliyanın şimalında şiddətli fırtınalar sürəti saatda 120 kilometrdən çox küləyə səbəb oldu, eləcə də diametri təxminən 19 santimetr olan dolu yağdı. Eyni zamanda, 330-dan çox meşə yanğını Siciliya adasının böyük hissəsini məhv etdi. Bölgədə 47 dərəcəyə qalxan rekord istilik yanğınların daha da sürətlə yayılmasına səbəb oldu. Nəticədə çoxlu binalar dağıldı, yüzlərlə insan işıqsız qaldı. Minlərlə insan təxliyə edildi. Beş nəfər həlak oldu.
Bacı-qardaşlara təsiri
İtaliyanın şimalında dolu yağıntıları və küləklər
Bacı-qardaşlarımız arasında ölən yoxdur.
2 qardaşımız yaralanıb.
36 evə ciddi ziyan dəyib.
242 evə cüzi ziyan dəyib.
1 ibadət evinə ciddi ziyan dəyib.
12 ibadət evinə cüzi ziyan dəyib.
Siciliya adasında meşə yanğınları
Təəssüf ki, bir ər-arvad evlərinin yanğına məruz qalması nəticəsində həlak olub.
48 dindaşımız evlərindən təxliyə olunub.
Heç bir ibadət evinə və teokratik binaya ziyan dəyməyib.
Yardım işləri
Rayon nəzarətçiləri və ağsaqqallar Siciliyada meşə yanğınlarından və İtaliyanın şimalında yağan doludan zərər çəkən dindaşlarımıza əməli və ruhani kömək edirlər.
Siciliyada yardım işlərini təşkil etmək üçün 1 Zərərçəkənlərə yardım komitəsi təyin olunub.
Siciliyada bacımız və qardaşımız həyatını itirdiyi üçün çox məyus olmuşuq. Bu fəlakətlərdən zərər çəkən hər kəs üçün dua edirik. Tezliklə Yehovanın bütün ağrı-acını aradan qaldıracağı günü həsrətlə gözləyirik (Vəhy 21:4).