Kontentə keç

6 DEKABR 2013-CÜ İL
İTALİYA

«Kleopatra» siklonu Sardiniyada (İtaliya) daşqınlara səbəb olub

«Kleopatra» siklonu Sardiniyada (İtaliya) daşqınlara səbəb olub

2013-cü il noyabrın 18-də Aralıq dənizində yerləşən Sardiniya adasında güclü «Kleopatra» siklonu tüğyan edirdi. Ən azı, 16 nəfər həlak olub, yüzlərlə adam evsiz qalıb. Güclü leysan yağışları nəticəsində baş verən daşqınlar körpüləri və maşınları yuyub-aparıb. Yehovanın Şahidlərinin İtaliyadakı filialının verdiyi məlumata görə, zərərçəkənlərin arasında Yehovanın Şahidi olan 83 yaşlı bir qadın olub. Bundan əlavə, daşqın zamanı evlərinə ciddi zərər dəymiş Yehovanın Şahidləri olan 4 ailə əmlakını itirib, 11 ailə isə öz evini tərk etməli olub. Ziyan dəymiş əraziyə 120-dən çox Yehovanın Şahidi gəlmişdi. Onlar özləri ilə ərzaq gətirmişdilər. Yerli hakimiyyət nümayəndələri, həmimanlıları və digər insanlarla birgə onlar təbii fəlakətin nəticələrini aradan qaldırmağa kömək ediblər.

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti C. R. Braun, tel.: +17185605000

İtaliya: Stefano Papazian, tel. +390687294260