Kontentə keç

Romada keçirilən Cərrahiyyə Elmi Cəmiyyətlərinin Birgə Konqresində bacı-qardaşlar qanköçürmənin alternativləri haqda məlumat verir

27 İYUN 2019
İTALİYA

İtaliyada keçən iki böyük tibb konfransında iştirak edən həkimlər qanköçürmənin alternativlərinə maraq göstərib

İtaliyada keçən iki böyük tibb konfransında iştirak edən həkimlər qanköçürmənin alternativlərinə maraq göstərib

Tibbi mütəxəsislər Palermo şəhərində keçirilən SIAARTI konfransındakı məlumat stendimizin qarşısında

Bir çox həkimlər bütün dünyada qansız müalicə və cərrahi əməliyyat üsulları, eləcə də qanköçürmənin alternativləri barədə daima məlumat təqdim etdiyinə görə təşkilatımıza çox minnətdardırlar. Yehovanın Şahidlərinin İtaliya (Roma) filialında yerləşən Xəstəxana məlumat xidmətinin də bu sahədə rolu böyükdür. Ötən ilin sonunda bu xidmətin nümayəndələri və yerli Xəstəxanalarla əlaqə komitəsinin üzvləri iki iri konfransda iştirak etmiş, onlarda məlumat stendləri quraşdırmışlar. Anesteziologiya, Ağrıkəsmə, Reanimasiya və İntensiv Terapiya İtaliya Cəmiyyətinin Ümummilli Konqresi (SIAARTI) 10—13 oktyabr 2018-ci il tarixlərində Siciliyanın Palermo şəhərində keçib. Ondan bir qədər sonra Romada «La Nuvola» konfrans mərkəzində Cərrahiyyə Elmi Cəmiyyətlərinin Birgə Konqresi baş tutub.

Bu kimi konfranslar qansız müalicə üsulları barədə tibb mütəxəssislərinə eyni vaxtda ən son məlumatları təqdim etmək üçün gözəl fürsətdir. Palermoda keçirilən konfransda 2800 anestezioloq iştirak edib. İtaliyada indiyədək cərrahiyyə üzrə keçirilən ən iri konfrans olan Romadakı konfransda isə 3500 cərrah iştirak edib. Konfransa müxtəlif nüfuzlu tibb müəssisələrinin nümayəndələri qatılmışlar. Onların arasında bütün İtaliya cərrahlar birliklərinin, eləcə də Amerika Cərrahlar Kollegiyasının İtaliya Filialının üzvləri də var idi. Tədbir Səhiyyə Nazirliyi kimi bir sıra dövlət qurumlarının dəstəyi ilə keçirilib.

Kataniya Xəstəxana Poliklinikasında (Siciliya) fəaliyyət göstərən anestezioloq Vinçenso Skuderi Palermodakı konfransda quraşdırdığımız stendə yaxınlaşıb. 2019-cu il yanvarın 18-i o, aortanın laylanması diaqnozu qoyulan Yehovanın Şahidinə təcili tibbi yardım göstərib. O olduqca mürəkkəb proseduru qansız keçirib. Doktor Skuderi deyir: «SIAARTI konfransındakı [stendinizin] faydası çox böyükdür. Verdiyiniz məlumat mənə xeyli kömək edib».

Hal-hazırda İtaliyada Yehovanın Şahidləri olan xəstələri qanköçürmə tələb etməyən effektiv tibbi və cərrahi üsullarla müalicə etməyə razı olan 5000-dən çox həkim var. Hər il İtaliyada, orta hesabla, 16000 Yehovanın Şahidi bu üsullarla müalicə olunur.