Kontentə keç

24 AVQUST 2017
İTALİYA

İtaliyanın İskya adasında zəlzələ baş verib

İtaliyanın İskya adasında zəlzələ baş verib

Avqustun 22-də Neapol körfəzində yerləşən İskya adasında (İtaliya) 4 bal gücündə zəlzələ baş verib. Fəlakət nəticəsində çoxlu bina dağılıb, təxminən 2600 insan evsiz qalıb, 40-dan çox insan xəsarət alıb və 2 nəfər həyatını itirib.

Məlumata əsasən, adada yaşayan 663 Yehovanın Şahidi arasında həyatını itirən və ya ciddi xəsarət alan olmayıb. Lakin 9 ailənin evi yararsız hala düşüb. Yehovanın Şahidləri zərərçəkən dindaşlarına yardım edir və Müqəddəs Kitabdan təsəlli sözləri ilə dayaq olurlar.

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000

İtaliya: Kristian di-Blazio, tel.: +39 06 872941