Kontentə keç

Yeni Kamerun filialı bir inzibati və dörd yaşayış binasından ibarətdir

13 FEVRAL 2020
KAMERUN

Kamerun Beytel ailəsi yeni filiala köçüb

Kamerun Beytel ailəsi yeni filiala köçüb

2020-ci il yanvarın 20-si Kamerun Beytel ailəsi Duala şəhərinin şimal-şərqində yerləşən Loqbessu rayonunda yenicə tikilmiş filiala köçüb. Yeni filialda hal-hazırda 59 tamvaxtlı könüllü yaşayır və işləyir, 71 nəfər köməyə gəlir.

Bacı-qardaşlar yeni filialda mebel boşaldırlar

Köhnə filial Duala şəhərinin qərbində, Bonaberi rayonunda idi. Bütün ölkə ərazisində 23 il davam etmiş qadağa götürüldükdən sonra 1993-cü ildə qardaşlar orada filial tikdilər. 1993-cü ildən sonra Kamerun filialının nəzdindəki ərazidə təbliğçilərin sayı 19268 nəfər idi, indi isə bu say 52000-i aşır. Filialın tərcümə etdiyi dillərin sayı isə 29-a çatıb. Fəaliyyətimizdəki artım filial üçün yeni və daha geniş məkana ehtiyac yaratdı a.

Mühasibat şöbəsində işləyən beytellilər yeni ofislərində

2020-ci ilin sonunda filialda qonaq mərkəzinin açılışı planlaşdırılır. Mərkəzdə filialda görülən işlər, eləcə də Kamerun, Ekvatorial Qvineya və Qabonda təbliğ işinin tarixi barədə məlumat veriləcək.

Beytelliləri yeni evlərində salamlayan ingilis və fransız dillərində yazı

Kamerun filial komitəsinin üzvü Stiven Atto deyib: «Yenicə tikilmiş gözəl filialımıza köçmək bir xəyal kimi idi. Xoş ab-havası olan bu yerdə Yehovaya daha səmərəli xidmət etməyə qəti qərarlıyıq. Yehova bizim üçün böyük işlər görüb, ürəklərimiz minnətdarlıqla aşıb-daşır» (Zəbur 145:7).

a Kamerundan əlavə, filial Ekvatorial Qvineyada və Qabonda təbliğ fəaliyyətinə nəzarət edir. Filial ümumilikdə 667 yığıncağın qayğısına qalır.