Kontentə keç

Tikinti sahəsinin yuxarıdan çəkilən şəkli: yuxarı sağ küncdə inzibati binanı, şəklin aşağı hissəsində isə dörd yaşayış binasını görmək olar

22 MART 2019
KAMERUN

Son xəbərlər: Kamerun filialı şəklini almağa başlayıb

Son xəbərlər: Kamerun filialı şəklini almağa başlayıb

Bir il bundan əvvəl Kamerunda yeni filialın tikintisi başlayıb. Yuxarıdakı şəkildən göründüyü kimi, dörd yaşayış və bir inzibati binanın karkasları, demək olar ki, hazırdır. Yeni filialda 60 nəfərlik yaşayış və 71 iş yeri nəzərdə tutulub. Cari proqnozlara əsasən, filial 2019-cu ilin dekabr ayının sonlarına yaxın istismara veriləcək. Tikintinin gedişatından xəbər verən fotoreportajı sizə təqdim edirik.

Gələcək filialın təsviri

 

İyul 2018-ci il: ön plandakı üçüncü yaşayış binasının divar blokunun ilk layı tamamlanıb

Avqust 2018-ci il: filialın perimetri üzrə hasarın hörülməsi nəzərdə tutulub

Sentyabr 2018-ci il: ön plandakı dördüncü yaşayış binasının birinci mərtəbəsinin kərpicdən hörülmüş karkası hazırdır

Oktyabr 2018-ci il: inzibati binanın əsas girişinin görüntüsü

Dekabr 2018-ci il: ikinci və üçüncü yaşayış binalarının poladdan olan dam karkasının qoyulması